MSK sədri: “Seçki zamanı qüsurlar olubsa, ətraflı araşdırılacaq”

Hazırda oxunan: MSK sədri: “Seçki zamanı qüsurlar olubsa, ətraflı araşdırılacaq”

177118

“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları seçkilərdə çox böyük ruh yüksəkliyi ilə iştirak edib”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər hansı qüsurlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq:

“MSK-ya daxil olan müraciətlər ətraflı araşdırılmalıdır. Ondan sonra isə öz fikrimizi ictimaiyyətə açıqlayacağıq”.

“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları çox böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak edib”, - deyə MSK sədri qeyd edib.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin