"Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə olaraq prezident seçkiləri keçirilir. Bu münasibətlə mən xalqımızı təbrik edirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri prezidentliyə namizəd Razi Nurullayev jurnalistlərə açıqlamasında deyib.
O, səsvermədə iştirak etdiyini sözlərinə əlavə edib:
"Xalqımız, millətimiz üçün xeyirli olsun. Ümid edirəm və inanıram ki, məhz bu seçkilərdən sonra Azərbaycan daha da güclənəcək. Ölkəmiz bütün problemlərini də arxada qoyacaq və xalqımız gözəl yaşayışı öz həyatında birmənalı olaraq hiss edəcək".
Bizim.Media