Füzulidə məskunlaşan sakinlər 3 məntəqədə səs verirlər - VİDEO

Hazırda oxunan: Füzulidə məskunlaşan sakinlər 3 məntəqədə səs verirlər - VİDEO

176926

İşğaldan azad olunan Füzuli şəhərində məskunlaşan sakinlər, eləcə də burada çalışanlar növbədənkənar prezident seçkilərinin səsvermə prosesində ruh yüksəkliyi ilə iştirak edirlər.

Onlar burada yaradılan 3 məntəqədə səs verirlər.

Bizim.Media xəbər verir ki, Füzulidə seçici fəallığı müşahidə edilir. 84 saylı Füzuli seçki dairəsinin sədri Ramiz Teymurovun Azərtac-a verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici var və seçki prosesini izləmək üçün 1020 müşahidəçi qeydə alınıb.

Seçicilərdən 3619 nəfəri işğaldan azad olunan ərazilərdə qeydiyyata alınanlardır. Belə ki, seçkilərin davam etdiyi 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinidir.

75 saylı seçki məntəqəsində 1351 nəfər, 76 saylı seçki məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 secici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin