Azərbaycan Respublikası prezident seçkilərinin start verməsinə dəqiqələr qalmış artıq seçicilər arasında aktivlik müşahidə olunur.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən 98 saylı Bərdə-Tərtər seçki dairəsinin 52 saylı seçki məntəqəsinə insan axını davam edir.
Sakinlər öz namizədlərinə səs vermək üçün dayanmadan məntəqə yerləşən əraziyə toplaşırlar.
Bizim.Media