İstanbulda məhkəməyə hücum edən şəxslərdən biri Adanada da terror aktı PLANLAŞDIRIB

Hazırda oxunan: İstanbulda məhkəməyə hücum edən şəxslərdən biri Adanada da terror aktı PLANLAŞDIRIB

176847

İstanbul polisi məhkəmə binasına silahlı hücumun iştirakçılarını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbulda məhkəmə binasına silahlı hücum: 2 ölü, 6 yaralı var - FOTO/VİDEO


Bildirilib ki, əməli torətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Saxlanılanlardan birinin Türkiyənin cənubunda yerləşən Adana şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı 11 kq partlayıcıdan istifadə edərək terror aktı hazırlayanlardan biri olduğu müəyyənləşib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.45 radələrində Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasına silahlı hücum olub.

Məhkəmənin qarşısında polisə bıçaqla hücum edən şəxs ayağından güllə yarası alıb.

Hadisə nəticəsində iki nəfər ölüb, üçü polis olmaqla, 5 nəfər yaralanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin