Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsinə görə, ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Zaxarova qeyd edib ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya səfirliklərindəki seçki məntəqələrinə aiddir:
“Rusiya üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmağı stəyib”.
Zaxarova bildirib ki, əgər təxribat davam edərsə, Rusiya tərəfi ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:28 / 06.02.2024
Rusiya Baltikyanı ölkələri HƏDƏLƏDİ
Hazırda oxunan: Rusiya Baltikyanı ölkələri HƏDƏLƏDİ
Hazırda oxunan: Rusiya Baltikyanı ölkələri HƏDƏLƏDİ
176846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.