Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yerə enişi üçüncü dəfə təxirə salınıb.
Bizim.Media "Ntv.com.tr" saytına istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılması prosesi dayandırılıb.
Kosmik gəmi sazdır, “Ax-3” heyəti sağlamdır. Komandalar hava şəraitini izləməyə davam edəcəklər.
Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın fevralın 5-dək təxirə salındığını açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da BKS-dən ayrılacaq.
Qeyd edək ki, “Crew Dragon” yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da kosmosa göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:38 / 06.02.2024
Türkiyənin ilk astronavtının Yerə enişi 3-cü dəfə təxirə salındı
Hazırda oxunan: Türkiyənin ilk astronavtının Yerə enişi 3-cü dəfə təxirə salındı
Hazırda oxunan: Türkiyənin ilk astronavtının Yerə enişi 3-cü dəfə təxirə salındı
176798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.