Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 81 ünvanında yerləşən yaşayış binalarının qazanxanasında güclü partlayış baş verib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə zamanı ətrafdakı binalara və Milli Məclis Aparatının Mətbəəsinə ciddi ziyan dəyib.
MÖVZU İLƏ BAĞLI:
Yasamalda qazanxana partladı: XƏSARƏT ALAN VAR - VİDEO
Qazanxananın partlaması nəticəsində yaranmış dalğanın gücündən dağıntılar yaranıb. Dağıntılar altında avtomobillər qalıb, binaların şüşələri sınıb.
Hazırda ərazidə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırmalar aparılır.






Bizim.Media