Milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəklədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Səmayə Həşimova manset.az-a açıqlamasında bildirib ki, qalib ölkənin vətəndaşları olaraq seçkilərdə fəal iştirak etməliyik:
"Biz 44 günlük Vətən müharibəsində elə-belə qalib ölkə olmamışıq. Şəhidlər verdik, torpaqlarımızı azad etdik. Biz qalib ölkə, qalib xalq olduq. Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra torpaqlarımızı işğaldan azad edib, suverliyimizi tam bərpa etdik.
Tariximizdə ilk dəfə bütün ölkə ərazisində Prezident seçkiləri keçiriləcək. Mən hər kəsi seçkilərdə fəal iştirak etməliyik. Mən Polad Həşimovun anası kimi 44 günlük Vətən müharibəsində bütün televiziyalarda çıxış edərək xalqımıza, bütün analara müraciət edərək Prezidentimizi dəstəkləməyə çağırmışam.
Mən Polad Həşimovun anası kimi ciyinlərimdə böyük məsuliyyət hiss edirəm. Mən səsimi Qalib ölkənin, Qalib Prezidentinə səs verəcəm. Mən inanıram ki, ölkəmizin gələcəyi daha da yaxşı olacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:31 / 05.02.2024
"Qalib ölkənin, Qalib Liderinə səs verəcəm" - Polad Həşimovun anası
Hazırda oxunan: "Qalib ölkənin, Qalib Liderinə səs verəcəm" - Polad Həşimovun anası
Hazırda oxunan: "Qalib ölkənin, Qalib Liderinə səs verəcəm" - Polad Həşimovun anası
176728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.