Tərtərdə minaya düşən şəxsin SON DURUMU – FOTO  

Hazırda oxunan: Tərtərdə minaya düşən şəxsin SON DURUMU – FOTO  

176651

Tərtər rayonu ərazisində minaya düşən şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasında cərrahi əməliyyata götürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Bu barədə Bizim.Media-ya Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə daha bir mülki şəxs MİNAYA DÜŞDÜ


Məlumatda qeyd olunub ki, Tərtər rayonunda minaya düşmə səbəbilə 1966-cı il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona sol aşağı ətrafın topuq nahiyəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda əməliyyatdadır, vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, bu gün saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində mina partlayıb. Nəticədə ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin