Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev həlledici görüşdə Türkiyə təmsilçisi Mixael Zqankaya uduzaraq ikinci yeri tutub.
Millinin digər üzvləri Vüqar Talıbov (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, ötən gün Zelim Tçkayev (81 kiloqram) də gümüş medalın sahibi olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:26 / 04.02.2024
Daha bir cüdoçumuz Parisdə gümüş medal qazandı
Hazırda oxunan: Daha bir cüdoçumuz Parisdə gümüş medal qazandı
Hazırda oxunan: Daha bir cüdoçumuz Parisdə gümüş medal qazandı
176586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.