Prezident seçkilərində respondentlərin 47 faizi Trampa, 42 faizi isə Baydenə səs verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya NBC-nin yanvarda keçirdiyi son sorğuda yer alır.
“Bu, Donald Trampın 2019-cu ildən bəri iki namizəd üçün keçirilən 16 sorğuda Co Bayden üzərindəki ən böyük üstünlüyüdür”, - NBC-nin jurnalisti qeyd edib.
Keçən noyabrda keçirilmiş əvvəlki sorğuda fərq Trampın lehinə cəmi 2% idi.
Sorğuya görə, əhalinin 37 faizi Baydenin işini bəyənir, 60 faizi isə bəyənmir.
Bizim.Media