Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində gümüş medal qazandı

Hazırda oxunan: Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində gümüş medal qazandı

176490

Azərbaycan cüdoçusu Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, ötən gün mübarizə aparan Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kiloqram) yarışı medalsız başa vurublar. Fevralın 4-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 11 cüdoçu ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin