Son beş ildə ölkədə ən çox qoyulan ADLAR - SİYAHI/FOTO

Hazırda oxunan: Son beş ildə ölkədə ən çox qoyulan ADLAR - SİYAHI/FOTO

176425

Bu ilin yanvarında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı statistika Ədliyyə Nazirliyinin saytında yerləşdirilib.

Bildirilib ki, 2024-cü ildə doğulan oğlan uşaqlarına ən çox Hüseyn adı qoyulub. Bu ad 92 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Yusif (69), Uğur (69), Əli (68), Murad (53), Raul (51), Adəm (42), Məhəmməd (40), Fateh (38) və Ömər (36) tutur.

Bu il qız uşaqlarına ən çox Zeynəb adı verilib (75). Qız uşaqlarına ən çox qoyulan digər adlar Məryəm (68), (Ayla 66), Nilay (65), Zəhra (64), İnci (61), Fatimə (52), Melisa (51), Aylin (50) və Mələkdir (45).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Son beş ildə 7321 uşağa Uğur adı, 7122 qız uşağına Zəhra qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (7185), Yusif (6821) və Hüseyn (6653) qərarlaşıblar. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda isə Zeynəb (5792), Məryəm (5698), Aylin (5472), Fatimə (4934) və Mələk (4835) yer alır.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib.

Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (//exidmet.justice.gov.az:8284/VVA/Names) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin