Meyxanaçı, müğənni Samirə Yusifqızı "7 tamam" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Samirə özündən 22 yaş böyük olan həyat yoldaşının Bakının məşhur restoranlarından birində anidən öldüyünü bildirib. İfaçının sözlərinə görə həmin vaxt səhnədə mahnı oxuduğu yerdə, həyat yoldaşı dostları ilə əyləşdiyi masada qəfil başını dostunun çiyninə qoyaraq keçinib.
Samirə həyat yoldaşının ürəktutmadan dünyasını dəyişdiyini bildirib.
Bizim.Media