Ukrayna baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun Azərbaycana səfəri zamanı Ağdama gedəcəyi də planlaşdırılıb.
Bizim.Media xəbər verir ki, məsələni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Reznikovun Ağdama səfərinin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
“Donbass müharibəsinə yaxınıq” – Ukrayna Ali Radasının deputatından ANONS
“Kiyev bununla Qarabağ məsələsində Azərbaycana dəstəyini bir daha göstərmiş olacaq. Eyni zamanda Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar.
Ölkəmiz işğaldan azad olunan bölgələrin yenidən qurulması mərhələsinə qədəm qoyub. Bu da Ukraynanı maraqlandırır.
Kiyev nazirini işğaldan azad olunan Ağdama göndərməklə həm də Moskvaya mesaj vermiş olur ki, eyni ilə Ukrayna da Donbası azad etdikdən sonra bu bölgədə yaşayan insanların rifah halının yüksəlməsi üçün infrastruktur çalışmalarına başlayacaq”,- deyə politoloq əlavə edib.
Alçina Amilqızı, Bizim.Media