İşəgötürən təqvim ilində həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona bir dəfə 14 və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilə bilər.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Əmək Məcəlləsinə dəyişiklik edilir
Bildirilib ki, Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.
Təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.
Layihə qəbul olunsa, artıq ata olmağa namizəd olan şəxslər ödənişsiz deyil, ödənişli məzuniyyət hüququ əldə edəcəklər.
Gülşanə Mustafayeva, Bizim.Media