Cüdoçularımız “Böyük Dəbilqə”yə uğursuz başladılar

Hazırda oxunan: Cüdoçularımız “Böyük Dəbilqə”yə uğursuz başladılar

176346

Azərbaycan cüdo millisinin 2 üzvü Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib. 

Bizim.Media xəbər verir ki, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.

Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) məğlub olub. Əhməd Yusifov isə iki rəqibini üstələməsinə baxmayaraq, 1/8 finalda yerli idmançı Romeyn Pikara uduzub.

Üç gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu tatamiyə çıxacaq. Qarşıdakı günlərdə Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin