Rusiyalı tennisçi ABŞ-da 11 milyona malikanə ALDI - FOTO

Hazırda oxunan: Rusiyalı tennisçi ABŞ-da 11 milyona malikanə ALDI - FOTO

176280

“Böyük dəbilqə” turnirlərinin beşqat çempionu Mariya Şarapova yeni malikanə alıb. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Santa-Barbara dairəsindəki Montesitoda yerləşən əmlak üçün təxminən 11,5 milyon dollar ödənilib. 

Maraqlıdır ki, Mariya bütün məbləği nağd pulla verib. Bu evin əvvəlki sahibi Enn Luri olub. O, beysbol üzrə “Çikaqo Uayt Soks” və basketbol üzrə “Çikaqo Bulls” klublarının sabiq şəriki Robert Lurinin dul həyat yoldaşıdır. 

Luri bu evi 2000-ci illərin ortalarında təxminən 8,3 milyona alıb. O, malikanəni 13 milyona satmaq istəsə də, sonda 11,5 milyonla razılaşıb. 1949-cu ildə tikilən bu ev dağətəyi ərazidə yerləşir. 1,33 hektar ərazisi olan malikanənin qonşuluğunda müğənni Keti Perri və aktyor Orlanda Blumun evləri yerləşir. 
Qeyd edək ki, Montesitoda yaşayan çoxsaylı məşhurlar arasında daha bir tennisçi – “Böyük dəbilqə”lərin 8 qat çempionu Cimmi Konnors da var.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin