Son 10 ildə artan qızıl QİYMƏTLƏRİ – Azərbaycan bazarına necə təsir EDƏCƏK?

Hazırda oxunan: Son 10 ildə artan qızıl QİYMƏTLƏRİ – Azərbaycan bazarına necə təsir EDƏCƏK?

176251

Dünya Qızıl Şurasının bir neçə gün əvvəl yaydığı hesabatda bildilir ki, ötən il qlobal qızıl tələbi 3% artaraq rekord səviyyəyə - 4 min 898 tona çatıb.

Hesabatda birjadankənar ticarət istisna olmaqla qlobal qızıl tələbi 5% azalaraq 4 min 448,4 ton təşkil edib. Mərkəzi banklar və digər qurumların qızıl tələbi isə 4% azalaraq 1037,4 tona çatıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı AZALIB 


Davam edən münaqişələr, 60-dan çox ölkədə keçiriləcək seçkilər bu il qızıl tələbi və qiymətlərini dəstəkləməyə davam edəcək. 

Qlobal tələbin artması nə ilə bağlıdır? Hansı qlobal proseslər buna təsir edir? Azərbaycanın qızıl istehsalına və bazarına hansısa bir təsiri olacaqmı?

Bizim.Media-nın bu və digər suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, son 10 ildə qızıl qiymətləri dayanmadan artaraq hazırkı həddə çatıb:

“Səbəbi odur ki, son 3-4 ildə qızıl bəzi ölkələrin ehtiyat yatırımı kimi diversifikasiya olunmuş və sığortalanmış alternativinə çevrilib. Yəni, öz ehtiyatlarını hansısa dönərli valyuta deyil, qızılda saxlamağa üstünlük verirlər. Əsasən də Türkiyə, Hindistan, Sinqapur və digər inkişaf yolunu tutmuş ölkələr öz qızıl ehtiyatlarını kəskin şəkildə artırmaqla məşğuldur. 

Ukrayna müharibəsi başlayandan sonra isə Rusiyanın maliyyə kapitalının xarici banklarda dondurulması da göstərdi ki, valyuta ilə ehtiyar saxlamaq təhlükəlidir. Artıq bir neçə dövlət ABŞ dollarından imtina etmə üçün bu yoldan istifadə edir. Qızıl bazarında tələbin artması qiymətlərin bahalaşmasına birbaşa təsir edir”. 

“Bu gün “gözəgörünməz qüvvə” bazarı tənzimləyir”

Hazırda dünya bazarı ilə bağlı çox ciddi risklərin olduğunu deyən ekspert, bunu qiymətin əmələ gəlmə prosesi ilə əlaqələndirdi:

“Əgər əvvəllər qiymətlər tələb və təklifə əsasən müəyyənləşirdisə, artıq bu gün “gözəgörünməz qüvvə” adlandırdığımız spekulyativ proseslərə əsasən tənzimlənir. Onlar bir anda proqnozların əksinə gedərək, qiymətləri yeni trendə daxil edirlər. Amma bununla belə, tələbat artarsa, qəfildən əks-trend baş verə bilər, yəni qiymət ucuzlaşa bilər. Hazırkı mühitdə bu məsələ istisna olunmur. Bir sözlə, qızıl bazarında vəziyyətin dayanıqlı olmaması gözləniləndir”. 

Öz strateji ehtiyatlarını qızıla çevirən ölkələrə gəlincə, müsahibimiz bildirdi ki, spekulyasiya baş versə belə, onlar öz məqsədlərindən dönməyəcəklər:

“Yaxın gələcəkdə bu əlvan metalın dəyər yığacağı və ən etibarlı ehtiyat mənbəsi kimi qiymətləndirilməsi davam edəcək”.

Azərbaycanın qızıl istehsalına və bazarına hansısa təsirinə gəlincə...

Müsahibimiz bildirdi ki, ölkəmizin qızıl mədənlərində hasil olan məmulatlar müəyyən prossedurlardan keçdikdə sonra birjaya uyğun qiymətlər müəyyən olunur: 

“Sonra buna uyğun şəkildə gəlirlərimizi əldə edə bilirik. Nə çox yüksək, nə də çox aşağı qiymətə sata bilərik. Müəyyən olunmuş birja qiymətlərinin spret dəhlizunə uyğun ölkəmizin ehtiyatlarından birinə çevrilir”. 

Azərbaycanla bağlı tələblərin artması ehtimalına gəlincə, F.İbrahimov, dövlətimizin öz maddi ehtiyatlarını müxtəlif diverfikasiya olunmuş və şaxələndirilmiş qaydada saxladığını bildirdi:

“Bunlar isə əsasən qiymətli kağızlar, hansısa böyük meqapolislərdə alınmış daşınmaz əmlaklardır. Bir qismi də bəzi ölkələrin valyutasında, əsasən də ABŞ dollarında və qızılda saxlanılır. Birjalar divefikasiya olunduqca, beynəlxalq standartlara uyğun və rəsmi şəkildə qızılın da payı artır”. 

Daxili bazrda qızılın qiyməti ilə bağlı sualımıza gəlincə, ekspert, bu sahədə müəyyən boşluqların olduğunu diqqətə çatdırdı:

“Ölkəmizə qızılın, əsasən hazır məhsulun gətirilməsi ilə bağlı uçot işləri hələ də tam formalaşmayıb, yəni idxalının, zinət əşyalarının alınması və ölkədən çıxarılması, eləcə də ƏDV ilə bağlı dövriyyəsi, vergi öhdəlikləri lə bağlı rəsmi uçotu aparılmır və şəffaflaş mənzərə yoxdur. Məndə olan məlumata görə, zərgərlər İqtisadiyyat Nazirliyi ilə bu məsələnin reallaşması üçün danışıqlar aparırlar qanunvericlik bazası əsasında hansısa bir optimal formada idarə etməyə çalışırlar. Amma buna baxmayaraq daxili qızıl bazarında vahid uçot sistemi yoxdur”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin