Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni sosial xidmət mərkəzləri yaradılacaq.
Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib. Yeni mərkəzlərin Bakının Yasamal rayonunda və Hacıqabul, Göyçay, Ağdam rayonlarında yaradılması nəzərdə tutulub.
Yaxın vaxtlarda istifadəyə veriləcək həmin 4 yeni ixtisaslaşmış sosial xidmət mərkəzində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçiriləcək.
Məqsəd həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Son illərdə Abşeron rayonunda və paytaxtın Sabunçu, Nərimanov rayonlarında belə mərkəzlər yaradılıb və ötən dövrdə bu mərkəzlərdə 650-dək uşağın reabilitasiyası işləri uğurla başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 02.02.2024
18 yaşınadək əlil şəxslər üçün 4 yeni xidmət mərkəzləri AÇILACAQ
Hazırda oxunan: 18 yaşınadək əlil şəxslər üçün 4 yeni xidmət mərkəzləri AÇILACAQ
Hazırda oxunan: 18 yaşınadək əlil şəxslər üçün 4 yeni xidmət mərkəzləri AÇILACAQ
176236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.