Naxçıvan Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Hazırda oxunan: Naxçıvan Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

176151

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən yanvar ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Nazirlər Kabinetinin 19 yanvar 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən cərimələr müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası ətraf mühitin mühafizəsi və təbi ehtiyatlardan istifadə üzrə dövlət fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.

Nazirlər Kabinetinin 22 yanvar 2024-cü il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi cəmi 195 ştat vahidi olmaqla, Nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il tarixli “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin muxtar respublika ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi” haqqında təsdiq edilib və “Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında nişanlanma xətlərinin ölçülərinin müəyyən edilməsi haqqında” Qərarı ləğv edilib.
Nazirlər Kabinetinin 30 yanvar 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin və Sədərək Rayon Su Monitorinq Laboratoriyasının ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsinin yaradılması və nazirliyin tabeliyindəki bəzi qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvələrinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib. Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatına “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan istifadəyə Nəzarət Xidməti”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi daxil edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin