“Bu gün Ermənistan hakimiyyəti niyə Rusiyadan uzaqlaşır? Çünki Qərbin himayəsi ilə sənəd imzalananda, Qarabağın Azərbaycan ərazisi kimi tanınanda onlara nəsə vəd etmişdilər. İndi də Moskvaya getsələr, bütün bu vədlər, hətta yerinə yetirilməmiş vədlər də şar kimi partlayacaq. Sonda da məlum olacaq ki, Ermənistan buna əvəzində heç nə almadan razılaşıb”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Arqişti Kiviryan deyib.
“Ona görə də Paşinyan səy göstərərək Qərbin müxtəlif siyasi mərkəzlərinə səfər edir və orada vədlərin verildiyini xatırlatmağa çalışır. Üstəlik, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə də vaxtilə bəzi vədlər vermişdilər. Sonda onu aradan çıxartdılar.
Ermənistanda yeni seçki tələbi də Qərb siyasi nümayəndələrindən gəlir. Niyə? Çünki onlar anlayırlar ki, heç bir halda vədlər yerinə yetirilməyəcək. Saakaşvili niyə aradan çıxarıldı? Çünki ona da vədlər vermişdilər və zaman-zaman Gürcüstan lideri bunu xatırlatmağa çalışırdı. İndi eyni vəziyyət Paşinyanla da bağlıdır.
İndi Paşinyan Moskvaya getsə, Azərbaycan tələblərini artıracaq. Çünki rəsmi Bakı həmişə belə edib. Bundan əlavə, Azərbaycan bu müharibədə qalib gələn tərəfdir. Azərbaycan Ermənistan hakimiyyətindən fərqli olaraq, öz maraqlarını mümkün qədər irəli sürməyə qadirdir. Bunu həmkarlarımla birgə dəfələrlə demişəm”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:04 / 01.02.2024
Qərb Saakaşvili kimi Paşinyanı da aradan çıxaracaq - Erməni politoloq
Hazırda oxunan: Qərb Saakaşvili kimi Paşinyanı da aradan çıxaracaq - Erməni politoloq
Hazırda oxunan: Qərb Saakaşvili kimi Paşinyanı da aradan çıxaracaq - Erməni politoloq
176080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.