Qazaxıstanda məktəblərdə mobil telefonlardan istifadə QADAĞAN EDİLDİ 

Hazırda oxunan: Qazaxıstanda məktəblərdə mobil telefonlardan istifadə QADAĞAN EDİLDİ 

176074

Qazaxıstan parlamenti məktəblərdə dərs zamanı mobil telefonların qadağan edilməsi haqqında qanun qəbul edib. 

Bizim.Media xəbər verir ki, 1 fevral 2024 cü ildə Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) təhsil və mentorluq qanunvericiliyinə dəyişikliklər haqqında qanunu təsdiqləyib. 

Qanun məktəblərdə dərslər zamanı mobil telefonların istifadəsinə qadağa qoyulmasını təklif edir.
"Qanun orta təhsil təşkilatlarında abunəçi mobil rabitə cihazından istifadə qaydalarının təsdiqlənməsini, sınaqdan keçirilmədən birinci sinfə qəbul edilməsini, uşaq bağçalarına yerlərin verilməsi üçün vahid qaydanın təmin edilməsini, təhsil təşkilatlarında zorakılığı təbliğ edən, intihara səbəb olan dini xarakterli məlumatların yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsini nəzərdə tutulur" –  məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin