Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son günün ilk oyununda “Araz-Naxçıvan” “Qəbələ” ilə üz-üzə gəlib.
Komandalar bu oyundan heç-heçə ilə ayrılıblar. Son oyun isə “Sumqayıt”la “Neftçi” arasında bşa tutacaq. Daha öncə “Zirə” səfərdə “Səbail”ə (2:1), “Qarabağ” isə “Sabah”a (7:1) qalib gəlib.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunlarını
31 yanvar
“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Elvis Maşike, 45 – Samuel Tetteh, 11.
Qırmızı vərəqə: Lukas Afriko, 77.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”, 16:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Rəşad Rafiqoğlu, Bizim.Media