Ötən il bağlanan nikahların sayı 54 mini ötüb

Hazırda oxunan: Ötən il bağlanan nikahların sayı 54 mini ötüb

175990

Ötən il nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb. 

İclasda ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması nəticəsində 5.2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.
Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin