Səbaildə ağacların tikinti tullantıları ilə qurudulması məsələsinə RƏSMİ CAVAB

Hazırda oxunan: Səbaildə ağacların tikinti tullantıları ilə qurudulması məsələsinə RƏSMİ CAVAB

175976

Paytaxtın Səbail rayonunun Həsən Seyidbəyli küçəsi, 31 ünvanında sakinlər binanın həyətyanı sahəsindən istifadə edə bilmədiklərindən şikayətləniblər. 

Sakinlər bildirirlər ki, binanın yaşıllıq sahəsi bərbad hala salınıb:

“Binanın qapalı həyətyanı sahəsindən sakinlər rahat şəkildə istifadə edə bilmirlər, yaşıllıq sahəsi bərbad vəziyyətdədir. Ora zibil və tikinti tullantıları ilə doldurulub, təmizlənmir. Həmin ərazidə olan ağaclar quruyur”.

Şikayətçilərin sözlərinə görə, onlar icra hakimiyyətinə müraciət etsələr də, əraziyə baxış keçirilsə də, heç bir nəticə əldə olunmayıb.

Bəs, aidiyyəti qurum problemlə bağlı tədbir görübmü? 

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. 

Qurumun mətbuat katibi Anar Hüseynov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, əraziyə baxış keçirilib:

“Məlumat üçün qeyd edirik ki, sözügedən ünvanda qurumuş ağaclarla bağlı Səbail Bələdiyyəsi tərəfindən bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub. Ünvana yerində baxış keçirilib və abadlıq işlərinin aparılması məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəsmi müraciət olunub”.

Ümid edirik ki, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi sakinlərin haqlı problemi ilə bağlı tez bir zamanda tədbir görəcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd edək ki, məsələni ilk olaraq “oxu.az” saytı işıqlandırıb.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin