ABŞ-da bloger kimi tanınan Vitney Buhanın başına xoşagəlməz hadisə gəlib.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, davamlı olaraq üz əzələlərinə botoks proseduru etdirən Vitney son müdaxilədən sonra tanınmaz hala düşüb.
Belə ki, gözətrafı qırışlardan azad olmaq istəyən xanım yenə də botoks proseduruna müraciət edib. Lakin bu dəfə onun göz qapaqlarından biri sallanıb, digəri isə həddən artıq gərilərək böyüyüb.
Baş verənlərdən sonra dərhal gözəllik salonuna və həkimə müraciət edən Vitneyin vəziyyətində heç bir dəyişiklik olmayıb.
O, hazırda müxtəlif masaj hərəkətləri ilə özünü müalicə etməyə çalışır və yaşadığı hal ilə bağlı sosial media hesabında maariflərdirici videolar paylaşır.
Səmra Xəlilbəyli, Bizim.Media