“Mənfi 40” mahnısı ilə şou-biznesdə məşhurlaşan müğənni Rauf Əhmədov nüfuzlu “Avroviziya” beynəlxalq mahnı yarışmasına getmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bununla bağlı ifaçı sosial şəbəkə hesabında post paylaşıb.
“Əziz dostlar, mən "Avroviziya"ya getmək istəyirəm. Ümumiyyətlə, bu cür ölkələrarası müsabiqədə nəinki iştirak, hətta ölkə olaraq müsbət xeyir əldə etməliyik”.
Rauf müsabiqə ilə bağlı öz iddiasını da irəli sürüb:
“Minimum 4-cü yer və 500.000 avropalı azarkeş. Avropada Azərbaycanın nüfuzunu qoruyub saxlamaq. Musiqi və mədəniyyət sahəsində bir daha Avropada təəccüb hissi yaratmaq və cəlb etmək, üstəgəl İslam əxlaqını qoruyub saxlamaq. Bunun üçün mənə ölkəmizdən bir neçə kreativ insan, sizin dəstəyiniz və təbii ki, Allahın köməyi lazımdır. İfaçılardan kimin maraqlı təklifi varsa, buyura bilər. Mən özüm də onu dəstəkləyəcəm. Bu il iştirak edənlərə uğurlar!”
Qeyd edək ki, daha əvvəl təşkilatçılar Malmödə keçiriləcək “Avroviziya -2024”ün simvollarını da nümayiş etdiriblər.
Loqo və ekranın yaradılması üçün dizaynerlər şimal işıqlarını və səs ekvalayzerlərinin ritmlərini birləşdiriblər. 2024-cü ildə İsveçdə keçirilən müsabiqənin yarımfinalları mayın 7-də və 9-da, finalı isə mayın 11-də keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:43 / 30.01.2024
Rauf “Avroviziya”ya getmək İSTƏYİR – FOTO
Hazırda oxunan: Rauf “Avroviziya”ya getmək İSTƏYİR – FOTO
Hazırda oxunan: Rauf “Avroviziya”ya getmək İSTƏYİR – FOTO
175764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.