Futbol üzrə milli komandamızın üzvü Cəlal Hüseynov karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, qardaş ölkənin “Kocaelispor” klubu yarımmüdafiəçini transfer etmək istəyir.
Superliqaya vəsiqə qazanmaq istəyən İzmit klubu Hüseynovu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunun şərəfini qoruyur. Futbolçunun keçidi ilə bağlı tərəflər arasında danışıqlar gedir. “Kocaelispor” bu yaxınlarda millimizin digər üzvü Ramil Şeydayevi heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:28 / 30.01.2024
“Kocaelispor” millimizin daha bir üzvünü transfer etmək İSTƏYİR
Hazırda oxunan: “Kocaelispor” millimizin daha bir üzvünü transfer etmək İSTƏYİR
Hazırda oxunan: “Kocaelispor” millimizin daha bir üzvünü transfer etmək İSTƏYİR
175749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.