Bu xəstəxanada rentgen-müayinə fəaliyyəti dayandırıldı – FOTO  

Hazırda oxunan: Bu xəstəxanada rentgen-müayinə fəaliyyəti dayandırıldı – FOTO  

175726

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tibb müəssisəsində rentgen-müayinə fəaliyyətini dayandırıb. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, Sanator-Kurort Reabilitasiya Mərkəzində keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib. 
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin