Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib - FOTO/VİDEO

175702

Ötən tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb ediliblər. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

Müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirədə çıxış edərək bildirib ki, yola saldığımız 2023-cü il xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi, eləcə də Ordumuzun sentyabrda keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində işğal altında qalan torpaqlarımızın tam azad olunması Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 

Həmçinin Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsi üçün mühüm addımlar atılır. Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təchiz edilib, şəxsi heyətin sosial-məişət şəraiti ən müasir standartlar səviyyəsinə yüksəldilib.

Müşavirədə ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini - qərargah rəisi, general-leytenant Fazil Ağalarovun “2023-cü tədris ilində Əlahiddə Ümumqoşun Ordunun hazırlığının yekunları haqqında” məruzəsi dinlənilib.O bildirib ki, birləşmə və hissələrin hazırlığının gedişində əsas diqqət onların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasına, qısa zamanda döyüşə hazırolma dərəcələrinə gətirilməsinə və döyüş təyinatı üzrə düzgün tətbiqinə, birinci eşelon birləşmələrinin hazırlığında isə müdafiə zolaqlarında döyüş tapşırıqlarının icrasına, düşmənin ehtimal olunan təxribat xarakterli fəaliyyətlərinin qarşısının alınması və dəf edilməsi üzrə məşqlərin yerinə yetirilməsinə yönəldilib.

Qeyd olunub ki, ötən il ərzində Əlahiddə Ümumqoşun Orduda müxtəlif komanda-qərargah təlimləri, həmçinin qərargah və idarəetmə məntəqələrinin açılması üzrə məşqlər keçirilib. Təlim və məşqlərin gedişində komandir və qərargah zabitləri ilə müasir ümumqoşun döyüşünün təşkili, mürəkkəb relyefli ərazilərdə döyüşün aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və idarəetmə orqanlarının uzlaşmış fəaliyyəti üzrə suallar məşq etdirilib, eyni zamanda, bölük-tabor-briqada-ordu qərargahları arasında radiorabitənin yaradılması təmin olunub.

Bildirilib ki, il ərzində ixtisas hazırlığı və zabit təkmilləşdirmə kursları uğurla təşkil olunaraq keçirilib. Şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb. Planlaşdırılmış idman tədbirləri il ərzində tam şəkildə yerinə yetirilib. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və hərbi intizamın yüksəldilməsi üçün birləşmə və hissələrdə müntəzəm tədbirlərin keçirilməsi davam etdirilib.

Hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə iştirakından danışan general-leytenant Fazil Ağalarov bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanan ikitərəfli müqavilələrə əsasən qardaş ölkədə ötən ilin yanvar və fevral aylarında “Qış təlimi-2023”, aprel və may aylarında “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimləri uğurla icra edilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri və ordunun idarə rəisləri 2023-cü tədris ilində görülmüş işlər, 2024-cü tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.

General-leytenant F.Ağalarov “Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinə hazırlıq planı” haqqında ətraflı məlumat verib.
Kərəm Mustafayev müşavirənin yekununda qeyd edib ki, yola saldığımız 2023-cü tədris ilində olduğu kimi, bu ildə də Əlahiddə Ümumqoşun Ordu qarşıda duran bütün vəzifə və tapşırıqları uğurla yerinə yetirəcək, Vətən torpağının müdafiəsində ayıq-sayıq dayanacaq, əsl vətənpərvərlik, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcək.

Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edilib.
 




Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin