Britni keçmiş sevgilisi Castindən ÜZR İSTƏDİ

Hazırda oxunan: Britni keçmiş sevgilisi Castindən ÜZR İSTƏDİ

175684

Dünya pop səhnəsinin ulduzu Britni Spirs keçmiş sevgilisi Castin Timberleyklə bağlı paylaşımı ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, həmkarını "Selfish" mahnısının sevilməsi münasibəti ilə təbrik edən Britni "İçimdəki qadın" adlı kitabında Castinlə münasibətlərini açıb-ağartdığı üçün üzr istəyib.

"Kitabımda yazdığım bəzi şeylərə görə üzr istəmək istəyirəm. Mənim üçün əziz olan birini incitmişəmsə, çox təəssüflənirəm. Onu da deyim ki, Castinin yeni mahnısından çox məmnunam".
Qeyd edək ki, keçmiş aşiqlər 1999-2002-ci illərdə eşq yaşayıb. Britni ötən il işıq üzü görən qalmaqallı kitabında Castin Timberleykdən hamilə olduğunu etiraf edib. O, həmkarının buna hazır olmadığı üçün 19 yaşında abort etdirməli olduğunu açıqlayaraq, Castinin ailəsinə zərbə vurub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin