Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs HƏBS EDİLDİ

175670

Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi prokurorun köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat yayıb.

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin