Ermənistanın “Avropa Partiyası”nın sədri Tiqran Xzmalyan televiziya vasitəsi ilə verdiyi müsahibəsində özünü və ölkəsini gülünc vəziyyətə qoyub.
Bizim.Media xəbər verir ki, belə ki, o, çıxışında deyib ki, sabiq prezident Donald Tramp vəzifəyə gələndə “ABŞ-ı yenidən güclü edək” şüarı ilə gəlmişdi:
“Mən burada bir sual vermək istəyirəm. “Yenidən Amerikanı güclü etmək nə deməkdir?”.
Amerika nə vaxtdan güclü olub. Fikirlərim bəziləri üçün acı və gülməli səslənsə də bu ölkənin tarixi ilə uzun müddət məşğul olduğuma görə deyə bilərəm ki, Amerikanı Ermənistan güclü edib”.
Qeyd edək ki, rejissor Tiqran Xzmalyanın rəhbərlik etdiyi partiya 6 noyabr 2018-ci ildə yaradılıb.
Hazırda parlamentdə təmsil olunmur. O, partiyanın müxalifət kimi fəaliyyət göstərəcəyini və hökuməti Avropa Birliyinə qoşulmaq üçün çalışacağını bildirib.
2018-ci il seçkilərindən sonra partiya Baş nazir Nikol Paşinyana şübhə ilə yanaşıb və bəyan edib ki, Ermənistanın yeni hökuməti ölkəni rus işğalından qurtara bilməyib.
Bizim.Media

- A-
- A
- A+
Region
11:31 / 12.04.2021
İrəvanda partiya sədrindən sərsəm açıqlama: “ABŞ-ı Ermənistan güclü və böyük edib” - VİDEO
Hazırda oxunan: İrəvanda partiya sədrindən sərsəm açıqlama: “ABŞ-ı Ermənistan güclü və böyük edib” - VİDEO
Hazırda oxunan: İrəvanda partiya sədrindən sərsəm açıqlama: “ABŞ-ı Ermənistan güclü və böyük edib” - VİDEO
17567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.