Dustaqlara telefon verən “nadzor” cinayət məsuliyyətinə cəlb edildi

Hazırda oxunan: Dustaqlara telefon verən “nadzor” cinayət məsuliyyətinə cəlb edildi

175669

Bakı İstintaq Təcridxanasında saxlanılan dustaqlara nəzarət edən Elşad Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, E.Məmmədov dustaqlara təcridxanaya telefon keçirməkdə köməklik etməkdə və onların ailə üzvlərindən rüşvət almaqda ittiham edilir.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. İttiham aktında deyilir ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadan kənar olaraq cəza çəkən şəxslərə verib.

O, qulluq mənafeyindən sui-istifadə edərək dustaqlara müxtəlif markalı mobil telefonlar və mobil operatorlardan birinə aid nömrə verib. Təcridxanada axtarışlar aparılana qədər orada saxlanılan şəxslər bu mobil telefon və nömrələrdən istifadə edib.

İttihamda qeyd edilir ki, E. Məmmədov xidmətlərinin qarşılığında dustaqların yaxınlarından rüşvət alıb. Onun şəxsi bank kartına müxtəlif zamanlarda ümumilikdə 416 manat rüşvət qismində pul göndərilib.
Qeyd edilən əməllərə görə, E. Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci  (rüşvət alma-təkrar törədildikdə) maddələri üzrə ittiham  elan edilib.

Məmmədov ittihama münasibətdə özünü qismən təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O, rüşvət alması ilə bağlı ittihamı qəbul etməyib:

“Mənim kartıma atılan pullar özümündür, heç kim rüşvət verməyib. Təcridxanada cəza çəkən şəxslərə siqaret, yağ və başqa lazımı şeyləri alıb verirdim. Yaxınları da aldığım şeylərin pulunu kartıma göndərirdilər”.
Proses fevralın 12-i davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən E.Məmmədov həbsdə deyil. Onun haqda istintaq dövrü müddətində alternativ qətimkan tədbiri seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin