Xəbər verdiyimiz kimi, dünən "Dənizlərin İkonu" ("Icon of the Seas") adlı dünyanın ən böyük kruiz gəmisi Mayami limanından Karib adalarına doğru yeddi günlük səyahətə yola düşüb.
Bizim.Media xəbər verir ki, gəminin uzunluğu 365 metrdir. Müqayisə üçün deyək ki, əfsanəvi Titanik ondan 100 metr qısa (269 m) olub. ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi "Cerald R. Ford"un uzunluğu isə 333 metrdir.
Açılış mərasimində Argentina milli futbol komandasının kapitanı Lionel Messi də iştirak edib. O, hazırda "İnter Mayami" klubunda oynayır.
Sərnişin tutumu 7600 nəfər olan gəmidə tropik bitki örtüyü olan kiçik park, teatr, karaoke, tennis və voleybol meydançaları, uşaqlar üçün attraksionlar, su parkı, 20 göyərtədə 40-dan çox restoran, kafe və bar var.
Gəmi Baham adalarında qeydiyyata alınıb və Finlandiyada 2 milyard ABŞ dolları dəyərində inşa edilib.
Royal Caribbean şirkətinin saytı yazır ki, bilet qiymətləri adambaşına 1723-2639 dollar arasında dəyişir. Bununla belə, Milad bayramında qiymət adambaşına 5,124 ABŞ dollarınadək yükcələcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:55 / 29.01.2024
Suya buraxılan ən böyük kruiz gəmisi haqda yeni DETALLAR - FOTO
Hazırda oxunan: Suya buraxılan ən böyük kruiz gəmisi haqda yeni DETALLAR - FOTO
Hazırda oxunan: Suya buraxılan ən böyük kruiz gəmisi haqda yeni DETALLAR - FOTO
175567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.