İndoneziyaya buraxılmayan Maksim Qalkin Avstraliyaya GETDİ – VİDEO 

Hazırda oxunan: İndoneziyaya buraxılmayan Maksim Qalkin Avstraliyaya GETDİ – VİDEO 

175547

Ölkəsində “xarici agent” statusu aldıqdan sonra Rusiyadan didərgin düşən məşhur yumorist Maksim Qalkin gözlənilmədən Avstraliyada peyda olub. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb. 

Brisben şəhərindən görüntülərini paylaşan Maksim bildirib ki, sabah, yəni 30 yanvar tarixində konsert proqramı ilə çıxış edəcək.

Bundan sonra isə fevralın 1-i Sidney şəhərində, fevralın 4-də isə Melburn şəhərində sevənləri ilə görüşərək, tamaşalarını nümayiş etdirəcək. Qalkin bir müddət Avstraliyada qalacağını dilə gətirib. 
Qeyd edək ki, Rusiya hökumətinin təzyiqi ilə üzləşən Maksim Qalkin bir neçə gün əvvəl sosial şəbəkə hesabında paylaşım edərək İndoneziya və Bali adasına girişinə məhdudiyyət qoyulduğunu açıqlayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin