Ermənistan ordusunun hazırkı vəziyyətini qiymətləndirmək çətindir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerablurda, ordu günü ilə bağlı tədbirdə iştirak edərkən jurnalistlərə deyib.
Ermənistanın məğlubiyyətindən danışan Ohanyan bildirib ki, 44 günlük müharibədən sonra Silahlı Qüvvələri gücləndirmək lazım idi, lakin hər şeyi hakimiyyət ləngimə və nöqsanlarla edib.
44 günlük müharibə zamanı “komendat”ı olduğu Şuşadan dovşan kimi qaçan Seyran Ohanyan utanmazcasına iddia edib ki, 2021-2023-cü illərdə mənzərə fərqli olsaydı, Ermənistan hərbi əməliyyatlarda uğur qazanacaqdı.
Həmçinin qeyd edib ki, Ermənistan ordusu çətin şəraitdə formalaşıb, “lakin o zaman da biz qələbələr qazana bildik və ordunu silahlandırdıq. Bu, regionda ən rəqabətli ordu idi. Bu gün vəziyyət başqadır, amma itirən ordu deyil, indiki hakimiyyətin rəhbərlik etdiyi dövlətdir”.
Bizim.Media
- A-
- A
- A+
Region
15:44 / 28.01.2024
Şuşadan dovşan kimi qaçan eks-nazirdən SƏRSƏM İDDİA
Hazırda oxunan: Şuşadan dovşan kimi qaçan eks-nazirdən SƏRSƏM İDDİA
Hazırda oxunan: Şuşadan dovşan kimi qaçan eks-nazirdən SƏRSƏM İDDİA
175482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.