Azərbaycanda ən uzun asma körpü inşa edilir - VİDEO

Hazırda oxunan: Azərbaycanda ən uzun asma körpü inşa edilir - VİDEO

17540

Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir.

Bizim.Media xəbər verir ki, asma körpünün inşası Muğanlı- İsmayıllı- Qəbələ avtomobil yolunun 4.5 kilometrliyində Ağsu çayı üzərində həyata keçirilir. Körpünün layihələndirilməsi və tikintisi ölkə başçısının müvafiq sərəncamlarına əsasən icra olunur. 

Körpünün ümumi uzunluğu 1135, hündürlü çay səviyyəsindən 76.5, asma qüllələrinin hündürlüyü isə 142 metr olacaq. Eyni zamanda yol 4 hərəkət zolağından ibarət olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanıldı - FOTO


Körpünün bu parametrlərdə layihələndirilməsində əsas məqsəd mövcud Müğanlı- İsmayıllı avtomobil yolunda olan dolamaların sayını minimuma endirmək və bu yolda baş verə biləcək sürüşmələrin qarşısını almaqdır.

Körpünün tikintisi və Muğanlı- İsmayıllı- Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu region üzrə insanların rahat gediş- gəlişinin rahatlıqla təmin edilməsi ilə yanaşı, turizm və kənd təsərrüfatının inkişafında da böyük töhvə verəcək.(AzərTac)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin