Mikayıl Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər TƏYİN EDİLDİ 

Hazırda oxunan: Mikayıl Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər TƏYİN EDİLDİ 

175366

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

İşçi qrupun yeni tərkibi təsdiqlənib:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İşçi qrupun üzvləri:

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Salyan Rayon İcra Hakimiyyətinin başçısı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin