“Sevişmək vaxtıdır. Siz hər gecə sevişin. Sevişin ki, sizin sevginizdən yeni uşaqlar dünyaya gəlsin”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın Nevinnomsk şəhərinin meri Mixail Minenkov özünün Teleqram kanalı vasitəsi ilə şəhər sakinlərinə etdiyi müraciətdə deyib.
O şəhər sakinlərinə deyib ki, artıq gəzmək, yeyib-içmək və yatmaq vaxtı deyil:
“Hazırda şəhər üzrə hər il 700 uşaq doğulur. Bu da çox azdır. Çalışmalıyıq ki, hər il şəhərimizdə 10 min uşaq doğulsun. Ona görə də bütün kişilərə çağırış edirəm. Ola bilsin ki, mənim çağırışım gülməli səslənsin. Amma bunu deməyə məcburam.
Əziz kişilər, musiqi dinləməyi və şərab içməyi bir kənara atın, sevdiklərinizin yanına gedin. Onunla gözəl bir gecə keçirin, sevişin. Əminəm ki, həmin gecədən 9 ay sonra dünyaya çoxlu uşaqlar gələcək. Beləcə, hər il şəhərimizdə 700 yox, 10 min uşaq doğulacaq. Bu tək mənim arzum, istəyim deyil. Bu, yəqin ki, şəhərimizin, regionumuzun, Rusiyamızın inkişafı üçün bu gün əsas prioritetdir”.
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 27.01.2024
Rusiyada şəhər merindən GÜLMƏLİ ÇAĞIRIŞ – “Kişilər, hər gecə...” – VİDEO
Hazırda oxunan: Rusiyada şəhər merindən GÜLMƏLİ ÇAĞIRIŞ – “Kişilər, hər gecə...” – VİDEO
Hazırda oxunan: Rusiyada şəhər merindən GÜLMƏLİ ÇAĞIRIŞ – “Kişilər, hər gecə...” – VİDEO
175340
Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.