Qərbin sanksiya oyununun İFŞASI – Husilərin vurduğu tanker rus neftini daşıyırmış...

Hazırda oxunan: Qərbin sanksiya oyununun İFŞASI – Husilərin vurduğu tanker rus neftini daşıyırmış...

175337

Xəbər verdiyimiz kimi, ötən gün Yəmən husi qruplaşması Qırmızı dənizdə “Trafigura Group” neft tankerinə raket zərbələri endirib. 

Bizim.Media “Bloomberg”ə istinadən xəbər  verir ki, aviazərbədən sonra gəminin göyərtəsində yanğın baş verib. 

Hadisə Yəmənin Ədən şəhərindən təxminən 55 mil cənub-şərqdə baş verib.Tanker Marşal adalarının bayrağı altında üzürmüş.

Lakin aparılan araşdırmalardan sonra məlum olub ki, husilərinin hücumuna məruz qalan “Trafigura Group”un tankeri  əslində Rusiyanın neft məhsullarını daşıyırmış. Xammal gəmiyə Yunanıstanda  yüklənib. Bu isə Aİ və ABŞ-ın Rusiya neft məhsullarının ixracına dair sanksiyaların pozduğunu göstərir. 
Ukraynadakı müharibə səbəbindən Avropa Rusiya neftindən imtina etmək məcburiyyətində qalıb. Ona görə də Rusiya vəziyyətdən çıxmaq üçün böyük həcmdə neft məhsullarını Qırmızı dənizin cənubundan Asiya alıcılarına göndərirdi.

Dünən gecə hücuma məruz qalan gəmi də Rusiyadan Asiyaya yanacaq daşıyırmış. Ona görə də gəminin vurulması Moskvanı narahat edib. Amma bu Qərb üçün də yaxşı xəbər deyil.

Qeyd edək ki, tanker Rusiya mənşəli nefti Yunanıstanın cənubundakı Lakoniya körfəzinin bir hissəsindən “gəmidən gəmiyə transfer” edilirmiş.  Bu tip “daşımalardan”sa Qərbin də məlumatı var. Çünki bu cür “daşımalar”  yuxarı qiymət həddini aşmayan xammalın emalında əsas rol oynayır. Husilərin son hücumu əslində qlobal güclərin “sanksiya oyununu” ifşa edib. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin