Şəhər şurasının iclası zamanı ukraynalı deputatlara çağırış vərəqələri paylanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çervonoqrad Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün keçirilən şura sessiyası zamanı müharibədə həlak olmuş Andrey Jiqailinin yaxınlarına Ukraynanın “Şücaət” ordeninin təqdim edilməsi planlaşdırılıb.
Lakin iclas zalına hərbi komissarlığın nümayəndələri daxil olaraq sessiyada iştirak edən 7 deputata səfərbərlik və hərbi xidmətə dair çağırış vərəqələri təqdim ediblər.
“Onlar 10 çağırış vərəqəsini təqdim etmək niyyətində idilər, lakin üç deputat iclasda iştirak etmədiyi üçün 7-ni təhvil verdilər”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media