“Türkiyə Qarabağın bərpasında iştirak edəcək” - Fahrettin Altun

Hazırda oxunan: “Türkiyə Qarabağın bərpasında iştirak edəcək” - Fahrettin Altun

17519

Azərbaycan sahibi olduğu torpaqları işğaldan azad etdi. Bir milyon azərbaycanlı qardaşımız bu torpaqlara dönəcək. Ərazilər yenidən bərpa olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdamda jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Prezident Administrasiyasının sözçüsü Ağdamda gördüklərindən DANIŞDI: “BƏNZƏRİ OLMAYAN BARBARLIQDIR” - VİDEO

​​​​​​​
O bildirib ki, Türkiyə dövlət və özəl qurumları ilə ərazilərin bərpasında iştirak edəcək:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, biz bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik".

"Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin