İranlı millət vəkili Malek Şariati, Natanzdakı nüvə obyektindəki qəzanı "təxribat" adlandırıb.
Bizim.Media İran KİV-nə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
"Milli Nüvə Texnologiyaları Günündə və İranın Qərbi sanksiyaları ləğv etməyə məcbur etdiyi bir vaxtda baş verən bu hadisə, böyük ehtimalla təxribat və xarici qüvvələrin nüfuzunun (obyektə - red.) təsiridir", - deyə İran parlamentinin üzvü Malek Şəriət Twitter-də yayımladığı açıqlamasında yazıb.
MÖVZU İLƏ BAĞLI:
İranın Xarici İşlər Nazirliyindən sərt AÇIQLAMA
Qeyd edək ki, bu gün səhər saatlarında İranın Atom Enerjisi Təşkilatı, Natanzdakı uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəza olduğunu açıqlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bizim.Media