“Avropa Şurası Parlament Assambleyasının metod və taktikası uğursuzdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına “Telegram” kanalında münasibət bildirərkən yazıb.
“Əgər AŞPA Eurovisionda olduğu kimi müvəqqəti dostların bir-birlərinə səs verdikləri qapalı kluba çevrilməyi qarşısına məqsəd qoyubsa, onda heç bir sual yoxdur. Qoyun, belə davam etsin.
Əgər o, hələ də bərabər şərtlərlə dialoq imkanı olan kreativ parlament platforması olmaq iddiasındadırsa, deməli, onun metod və taktikası heç vaxt olmadığı qədər iflasa uğrayıb. Bu, yeraltı dünyasına gedən yoldur”, - deyə senator vurğulayıb.
Kosaçev qeyd edib ki, o, səlahiyyətlərinin məhrum edilməsini seçki prosesinə müdaxilə cəhdi kimi qiymətləndirən və AŞPA-da fəaliyyətini dayandıran azərbaycanlı parlamentarilərin motivasiyasını başa düşür və onların emosiyalarını bölüşür.
O, Avropa parlamentarilərinin “cəza qərarı”nın səs vermək hüququ olan 300-dən çox iştirakçıdan təxminən 70-nin səsi ilə qəbul edildiyini şübhəli demokratiya vəziyyəti adlandırıb.
“Belə görünürdü ki, ilkin müsbət potensialını unudan AŞPA artıq dibə çatıb, amma necə deyərlər, bundan da dibi var imiş”, - deyə rusiyalı senator yekunlaşdırıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:27 / 25.01.2024
Rusiyalı senator AŞPA-da Azərbaycanla bağlı səsverməni şübhəli demokratiya vəziyyəti ADLANDIRDI
Hazırda oxunan: Rusiyalı senator AŞPA-da Azərbaycanla bağlı səsverməni şübhəli demokratiya vəziyyəti ADLANDIRDI
Hazırda oxunan: Rusiyalı senator AŞPA-da Azərbaycanla bağlı səsverməni şübhəli demokratiya vəziyyəti ADLANDIRDI
175123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.