Böyük Britaniya Baş naziri Boris Conson Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən verilən məlumatda bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Şahzadə Filip bu tarixdə dəfn ediləcək
Qeyd edilib ki, mümkün qədər daha çox ailə üzvlərinin iştirakına imkan yaratmaq üçün Baş nazir mərasimdə iştirak etməyəcək.
Hazırda İngilətərədə karantin qaydalarına görə dəfn mərasimlərində ən çox 30 nəfər iştirak edə bilər.
Şəhzadə Filipin yas mərasimi aprelin 17-də Vindsor Sarayında keçiriləcək. Yas mərasimi ictimaiyyətə bağlı olacaq.
Bizim.Media