Liderdən növbəti QƏLƏBƏ

Hazırda oxunan: Liderdən növbəti QƏLƏBƏ

175014

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, “Murov Az Terminal” klubu MOİK-i qəbul edib.

“Murov Az Terminal”ın İdman zalında təşkil olunan görüşə meydan sahibləri üstün başlayıb və birinci seti 25:18 hesabı ilə aktivlərinə yazıblar. Gərgin keçən ikinci hissədə isə MOİK 25:23 hesabı ilə üstün olub. 

Bundan sonra ev sahibi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri qalib başa vurub - 25:8, 25:18. Beləliklə, maraqlı mübarizə şəraitində keçən matçda “Murov Az Terminal” 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu gün keçirilən oyundan sonra “Murov Az Terminal” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl”-in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin