"Roma"nın Lukaku qərarı

Hazırda oxunan: "Roma"nın Lukaku qərarı

174982

"Roma"da bir illik icarə əsasında çıxış edən Romelu Lukaku İtaliya klubunda qala bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

“Roma” rəhbərliyi belçikalı forvardın oyunundan razıdır və onu komandada saxlamaq istəyir.

Bildirilib ki, "Roma" üçün təzminat qiymətini ödəmək çətin olacaq. Çünki Lukakunun müqavilə ilə məxsus olduğu "Çelsi" oyunçuya görə 43 milyon avro istəyir. "Roma" yalnız Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə bu məbləği ödəyə biləcək.
Bu mövsüm Lukaku "Roma"nın heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 15 qol vurub və 2 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin